Infoteka.az
Sosial

Bakıda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə tədbiri keçirilib

"infoteka.az" xəbər verir ki, 6 may 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə tədbiri keçirilib. Suraxanı Rayon İcra Hakimiyyətinin, AgroPlatform MMC-nin və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyası Heydər Əliyev adına Hava Limanına gedən yolun Bülbülə qəsəbəsindən keçən hissəsindəki Suraxanı parkında baş tutub.
Ağacəkmə aksiyasında 100 ədəd Adəm ağacı (pavlovniya) əkilib.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.