Infoteka.az
Hərbi

Türkiyə zenit-raket komplekslərini Ukraynaya göndərmək təklifindən imtina edib

"Habertürk”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki,Türkiyə ABŞ-nin S-400 zenit-raket komplekslərini Ukraynaya göndərmək təklifindən imtina edib.
Mövlud Çavuşoğlunun sözlərinə görə, ABŞ-dan S-400 ilə bağlı bir neçə təklif alıb.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə : “Dedilər ki, S-400-ləri araşdırmaq üçün bizə imkan yaradın. Bu, müstəqilliyimizə aid olan bir təklif idi. Bəs onda bizim müstəqilliyimiz haradadır? Bizə hətta onları Ukraynaya göndərməyi təklif etdilər, biz “yox” dedik. Belə təkliflər olub”



Muminat Şirinova

Infoteka.az