Infoteka.az
Sosial

2023-cü ilin sonunadək Füzuli yaşayış kompleksinin təhvil verilməsi planlaşdırılır

2023-cü ilin sonunadək Füzuli yaşayış kompleksinin təhvil verilməsi planlaşdırılır.Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətinin rəhbəri Diana Dadaşovanın sözlərinə görə, Füzuli yaşayış kompleksinin inşası Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb və mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Diana Dadaşova onuda qeyd etdi ki, "Kompleksin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb.

Qeyd edim ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. 4, 5, 6 və 7 mərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq.Bu mənzillərdən 318-i iki otaqlı, 430-u üç otaqlı, 98-i isə dörd otaqlı olacaq".

"Binaların hamısı liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək"-deye o vurğulayıb.

 

Muminat Şirinova

Infoteka.az