Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
DİN rəsmisi qeyd edib ki, faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 160 nəfəri qadındır.