Infoteka.az
Dünya

Norveç kralı xəstəxanaya yerləşdirilib

Norveç kralı V Harald infeksiya müalicəsi üçün xəstəxanaya yerləşdirilib.

Bu barədə kral ailəsinin bəyanatında qeyd edilir.

86 yaşlı monarxın vəziyyəti stabil qiymətləndirilir. Kral daha bir neçə gün xəstəxanada olacaq.

Bundan əvvəl 2022-ci ilin dekabrında V Harald infeksiya ilə xəstəxanaya yerləşdirilib.

Monarx venadaxili antibiotik kursu qəbul edib. Onun müalicəsini şəxsi həkimi Byorn Bendz həyata keçirib.

V Harald 1991-ci ildən “taxtdadır”. O, 1905-ci ildə İsveç-Norveç İttifaqının dağılmasından sonra ölkədə hakim olan Qlüksburq sülaləsindən üçüncü kraldır.

Infoteka.az