Infoteka.az
Sosial

Prezidenti Administrasiyasının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş ediblər.

Yürüş iştirakçıları ölkəmizin ən ucqar kəndlərindən biri olan Xınalıqdan hərəkətə başlayaraq, Böyük Qafqaz dağlarının Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3758,6 metr hündürlükdə yerləşən mürəkkəb relyefə malik “Heydər zirvə”sinə sərt iqlim şəraitində əzmkarlıq nümayiş etdirməklə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla anıblar.

Infoteka.az