Dmitri Peskov “Ölməz alay”ın yürüşünün hansı səbəbdən ləğv edilməsinə aydınlıq gətirib.
O, bunu ehtiyat tədbirləri ilə izah edib.
Peskovun sözlərinə görə, Rusiya terrora sponsorluq edən dövlətlə məşğul olmalıdır.
"Bu, birbaşa bu yürüşün təşkilatçılarının verdiyi qərardır, lakin bu qərar tamamilə başa düşüləndir. Biz faktiki olaraq terrorizmə sponsorluq edən bir dövlətlə mübarizə aparan zaman burada ehtiyat tədbirləri görmək daha yaxşıdır. ", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, “Ölməz alayı” yürüşü hər il 9 May Qələbə paradından sonra keçirilir. Yürüş iştirakçıları əllərində İkinci Dünya Müharibəsində həlak olanları portretləri Belarus vağzaldan başlayaraq Tverskaya küçəsi boyunca Qırmızı Meydana yürüş edirlər. Yürüşdə Rusiya Prezidenti Vladimir Putin də iştirak edir.