Infoteka.az
Hadisə

Rusiyada Federasiyasında meşə yanğını baş verib

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun verdiyi məlumata görə,

Rusiya Federasiyasının Kurqan vilayətində meşə yanğınları baş verib. Yanğınsöndürənlər 13 yanğın mərkəzinin 9-nu söndürə biliblər.

Yaşayış məntəqələrini təhdid edən 9 yanğından 6-sı lokal xarakter daşıyır. Son sutka ərzində daha 8 yanğın söndürülüb.

Yanğının söndürülməsinə 1290 nəfər və 332 texnika cəlb edilib, həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası yanğınlara 165 ton su töküb.

 


Muminat Şirinova

Infoteka.az