Konfransda çıxış edən Prezident İlham Əliyev aktual məsələlərə diqqət çəkib. Konfrans Azərbaycanın yenidən şəkillənən dünya nizamındakı rolu və əhəmiyyəti kimi qiymətləndirilə bilər. Sıfırdan yenidən qurulan Şuşanın Azərbaycanın tarixində xüsusi yeri nəzərə alınaraq konfrans burada baş tutmuşdur.
Cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” və ötən ilin 270 illik münasibətlə “Şuşa İli” elan edilməsi məqamları vurğulanıb. Heydər Əliyev Sovet Azərbaycanı dönəmində ideoloji əngəllər çərçivəsində Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik.
Lakin İkinci Qarabağ müharibəsinin bitməsindən iki il yarım keçir və hələ də münaqişənin yekun həllinə nail olunmayıb. Hansı ki Minsk qrupu da bu problemin həllini ləngidirdi. Əgər bu gün Azərbaycan tərəf səbirlə sülh sazişinin əldə olunmasını istəyirsə, qarşı tərəf ona verilən bu fürsətdən yararlanmalı, ölkəsini, xalqının rifahını düşünərək Azərbaycanın şərtlərini qəbul etməlidir. biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük.
Göndərilmiş sülh sazişinin layihə variantına gələn şərh isə ürəkaçan deyil. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq.
Cənab Prezident Azərbaycan NATO-ya üzv ölkə və regional güc olan Türkiyə ilə NATO çərçivəsindən kənar ikitərəfli müttəfiqlik qurub. Bu münasibətlərdə hərbi və təhlükəsizlik sahəsində müttəfiqlik var. Bu müttəfiqlik bir çox strateji tərəfdaşlıqlardan daha da yaxındır. Yeri gəlmişkən, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi Şuşada imzalanmışdır.
Konfransda Rusiyanın mövcud vəziyyəti ilə əlaqədar proqnozlaşdırma edilməmiş, lakin qonşunuzun parçalanmasının potensial təhlükə törədə biləcəyi vurğulanmışdır. Qazaxıstanın Rusiya ərazisindən enerji ixracı marşrutları ilə bağlı problemləri müzakirə oluunmuşdur. Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir.
Bakı-Tbilisi-Ceyhan layihəsindən və Azərbaycanın təşəbbüskarı olduğu nəhəng nəqliyyat dəhlizləri layihələrinin önəmindən bəhs edilmiş və tutumu 50 milyon ton olduğu nəzərə çatdırılmışdır.
Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın təhlükəsizliyini dəyişdirir. Bir çox Avropa ölkəsi, NATO üzvləri üçün aydındır ki, onlar təhlükəsizlikləri və müdafiə qabiliyyətləri ilə bağlı daha ciddi tədbirlər görməli idilər. Geosiyasi dəyişiklik Avropanın, dünyanın hərbiləşməsinə gətirib çıxaracaq. Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq.
“Bir kəmər, bir yol” təşəbbüsünə həsr olunmuş bu konfrans Çində 2019-cu ilin yazında keçirildi. Azərbaycan beynəlxalq konfransa dəvət almış və orada yüksək səviyyədə iştirak etmiş məhdud sayda ölkələrdən biri idi. Azərbaycan xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunur. Mərkəzi Asiya tərəfindən bizim infrastrukturumuzu istifadə etməyə böyük maraq var.
Eyni zamanda, düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlar aparılması gərəkdiyi vurğulandı.
Azərbaycan hər zaman İran ilə olan əlaqələri inkişaf etdirməyə çalışıb. Qarşılıqlı səfərlər daim olub. Bizim çox fəal ticarət əlaqələrimiz olub. İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Qeyd edək ki, Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi. Bununla belə, münasibətlərimiz çox güclü idi. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir.
Gürcüstan və Azərbaycan arasında qarşılıqlı əlaqə daşımaların vacib meyarıdır. Orta Dəhlizə gəldikdə, ola bilsin, bilirsiniz ki, hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır.
Və qeyd etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycanın enerji layihələrini qəti şəkildə dəstəkləyir. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər.
Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan 10-dan artıq dövlətdən enerji təchizatı ilə bağlı müraciət alıb. Müraciətlər təchizatın həcminin artırılması və ya təchizata başlamaq imkanları axtarılmasından ibarətdir.
Perspektivli qaz yataqlarına gəldikdə isə “Şahdəniz” yatağından əlavə qaz gözlənir. Təqribən dörd ildən sonra “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil ediləcək. “Abşeron” yatağından qaz təchizatının başlanılması ehtimalı var.
Qazın nəqli üçün imkanlar olmalıdır. TAP genişləndirilməlidir. Onun səhmlərinin 20 faizi Azərbaycana məxsusdur, bir şirkətdən başqa digərlərinin də payı 20 faizdir. Burada TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir.
Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır. Təqribən eyni dildə danışan və eyni dəyərləri paylaşan iki qardaş xalq arasında əməkdaşlıq əlaqələrin qorunması olduqca vacib vəzifədir.
Aksana Usubaliyeva
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi