Infoteka.az
Sosial

Suraxanıda vətəndaşların növbəti qəbulu keçirilib

"infoteka.az" xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mayın 8-də RİH-də vətəndaşların növbəti qəbulunu keçirib.
RİH başçısı Ə.Əzizov müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
RİHBA-nın inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Əziz Əzizov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva minnətdarlıqlarını bildiriblər.

Suraxanıda vətəndaşların növbəti qəbulu keçirilib
Suraxanıda vətəndaşların növbəti qəbulu keçirilib
Infoteka.az