Infoteka.az
Dünya

44 günlük müharibə həlak olan hərbiçilərin valideynləri Ermənistan hökumətini istefaya çağırırlar.

İkinci Qarabağ Müharibəsində həlak olan erməni hərbçilərinin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” təşkilatı Ermənistan hökumətinin istefası üçün kampaniyaya başladığını elan ediblər.Bu barədə qurumdan xəbər verilib.

Verilən məlumata görə təşkilatın üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.

Valideynlər bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra başlayan proseslər onlara övladlarının itkisinə sakitcə ağlamağa imkan vermir.

 

 

Muminat Şirinova

Infoteka.az