Kiyevə səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Ölkə başçısı iqamətgahında baş tutan görüşün videosunu yayımlayıb.
“Artıq mayın 9-u Avropa İttifaqında, həmçinin Ukraynada Avropa Günü olacaq. Bu gün biz Kiyevdə görüşürük, çünki Kiyev Avropa Gününü qeyd etmək üçün mükəmməl yerdir”, - deyə o, videoya şərh verib.