Siyasət dünyasının zirvəsini fəth edən və müstəqil dövlətimin ay ulduzlu bayrağını, ulu xalqımın azadlıq məşəlini özü ilə birlikdə bu zirvəyə qaldıran dahi siyasətçi Heydər Əlirza oğlu Əliyev 1923-cu ilin 10 mayında Azərbaycanın qədim şəhəri, Naxçıvanda fəhlə ailəsində anadan olmuşdur. Onun adı Azərbaycanla birgə səslənir. Gəlin onun uşaqlı illərinə qayıdaq. O deyirdi:
“Mən balaca bir evdə, zəhmətkeş ailəsində bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı 30-40 nəfər sevinib dünyaya gəlişimə. İndi bəlkə də bir o qədər qeyri-təvəzökar səsləndi. Amma deməliyəm ki, anam məni bütöv bir Azərbaycan üçün dünyaya gətirib. Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”
Azərbaycan adlı şah əsərlə hafizələrdə əbədiləşmiş əyilməzlik, dönməzlik rəmzinə çevrilmiş ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, amalını, canından artıq sevdiyi xalqına, vətəninə həsr etmişdir.
Heydər Əliyevin - böyük siyasət və dövlət xadiminin adının, işinin və əməllərinin əzəməti çox şeydən xəbər verir. Yüksək intelektual səviyyə, möhkəm ensiklopedik yaddaş, gələcəyə hesablanmış diplomatik gedişlər zamanı, hadisələri qabaqlamaq nəbzini tutmaq bacarığı umummilli liderin şəxsiyyətinə, dühasına xsas olan xüsusiyyətlərdir. Üzü şərqdən qərbə, cənubdan şimala olan müxtəlif dövlətlərin məhşur liderləri ona qibtə edirdilər. Uzun ilər Sovet dövlət aparatında, yüksək vəzifə postlarında yuxarıdan əmr və göstərişlər vermiş yeganə azərbaycanlı bir şəxsiyyət kimi adı qızıl hərflərlə tarixə yazılmış Heydər Əliyev hələ tam açılmamış, kəşf olunmamış xəzinədir.
Bilmirəm ona rəssammı deyim? Bir rəssam kimi Toğrul Nərimanbəyovun “Nar ağacı” rəsminə necə gözəl qiymət vermişdi. Bilmirəm müğənnimi deyim? “Küçələrə su səpmişəm”, “İrəvanda xal qalmadı” mahnılarını məhşur bir müğənni kimi necə gözəl ifa edirdi. Hər bir tamaşadan sonra səhnəarxası aktyorlarla görüşür, onların sənətinə sanki bir sənət adamı kimi yüksək qiymət verirdi. Şairlərlə, inşaatçılarla, memarlarla görüşlərində də hər bir sənətdən xəbərdar olan bir sənətkaq kimi danışırdı.
Heydər Əliyev gözəl dövlət rəhbəri, həyat yoldaşı, mehriban ata, qayğıkeş baba idi. Hamını sevirdi. Heç kəsi heç kəsdən ayırmadan, seçmədən sevirdi.
O, bütün uşaqları nəvələri kimi sevirdi. Hər il iyul ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi günündə keçirilən tədbirlərdə iştirak edir, onların çıxışlarına heyranlıqla qulaq asardı. Hər uşağa fərdi yanaşardı.
Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyini birinci dövründə ölkənin inkişafında qəbul etdiyi cəsarətli qərarlar, həyata keçirdiyi tikinti quruculuq tədbirləri, gələcəkdə müstəqilik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış ən məqsədyönlü addımlardan biri idi.
Ümummilli liderimizin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin içtimai siyasi, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Onun həyata keçirdiyi tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, nizamlı silahlı qüvvələrin yaradılması atılan hər yeni addımlardan biri idi. 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyəti olan atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan dövlətçiliyini yaratdı, ölkəni parçalanıb yox olmaqdan qurtardı.
Bu gün Heydər Əliyev yolu xeyirxaqlıq yoludur. Bizim üçün çox xoşdur ki, bu gün bu yolun layiqli davamçısı var. O, Azərbaycan Respublikasının Ali Baş Komandanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Vitse prezidenti Mehriban Əliyevadır.
Heydər Əliyevin qurub yaratdığı və böyük öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, layiqli varisi olan İlham Əliyev parlaq sabahlara doğru inamla addımlayır. Ulu öndər: “Mən ona özüm kimi inanıram”-demişdir. Bu gün İlham Əliyevin ata vəsiyyətinə sadiq qalaraq Şuşamızı, işğal olunan torpaqlarımızı dəmir yumruğu ilə igid oğullarımızı “Qarabağ Azərbaycandır”- deyərək irəli aparır. Bu gün azadlığa, qələbəyə gedən yol inamlı əllərdədir.
44 günlük müharibə bizi qələbəyə çatdırdı. Ruhun şad olsun ulu öndər. Sənin arzularını həyata keçirdi layiqli davamçın, Ali Baş Komandan İlham Əliyev.
Məlahət Əsədova
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru