Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış baş verib.
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə dərhal cəlb ediliblər.
Hadisə nəticəsində bir nəfər həyatını itirib,beş nəfərin (üçü kişi, ikisi qadın) xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra evə buraxılıb.
Eyni zamanda, yanıq xəsarətləri ilə iki nəfər Nərimanov Yanıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.Hal hazırda vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir.
Muminat Şirinova