Infoteka.az
Siyasət

Mövlud Çavuşoğlu Sergey Lavrovla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Mövlud Çavuşoğlu həmkarı Sergey Lavrovla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

May ayının 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Federasiyasının paytaxtı Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Bu haqda Mövlud Çavuşoğlu öz tvitter səhifəsində paylaşıb.

Danışıqlar əsnasında Ukrayna və Suriyadakı məsələlərə də toxunublar.

Qeyd edək ki, Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN başçıları arasında dördtərəfli görüş keçirilir.

 

Muminat Şirinova

Infoteka.az