Infoteka.az
Sosial

Qarabağda “ASAN” xidmət mərkəzləri yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlama verib.

Ülvi Mehdiyevin sözlərinə görə "Qarabağda yeni kəndlər, şəhərlər, qəsəbələr salınır, Qarabağda ermənilərin törətdikləri vandalizm göz önündədir. Orada Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi infrastruktur layihələri həyata keçirilir. İnfrastruktur problemi həll edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda “ASAN” xidmət mərkəzləri fəaliyyət göstərəcək" - deyə sədr bildirib.


 

Muminat Şirinova

Infoteka.az