Elegant-S MMC tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə istehsal edilmiş "Ulu Öndər 100 il" adlı ətrini təqdimat mərasimi baş tutub.
Tədbirdə media nümayəndələri və dövlət qurumlarının nümayəndələri iştirak edib .
Ətirin qablaşdırmasında gümüş və bürünc materiallardan istifadə olunub. Şirkət olaraq bu layihə üzərində uzun müddət işləyiblər.
Ətir Heydər Əliyevin özünün istifadə etdiyi parfümün tərkibi nazarə alınaraq hazırlanıb.
Ətir limitli sayda cəmi 100 ədəd çıxarılıb. İlk 5 ədədi Cənab Prezidentimiz İlham Əliyev və onun xanımı vitse-prezident Mehriban Əliyeva başda olmaqla Arzu Əliyeva, Leyla Əliyeva və Heydər Əliyevə təqdim olunmuşdur. Digər buraxılışları isə Nazirliklərə və digər Dövlət qurumlarına təqdim olunub.
Muminat Şirinova