Infoteka.az
Dünya

Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı ABŞ Dövlət Departamentindən açıqlama verilib

Mayın 14-nə keçiriləcək prezident seçkiləri Türkiyənin ABŞ ilə münasibətlərinə təsir etməyəcək .

Bu haqda ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bildirib.

Vedant Patel bildirib ki: “Biz türk xalqının seçdiyi istənilən hökumətlə əməkdaşlığı davam etdirəcəyik. Biz bu əlaqələri dərinləşdirməyə, əməkdaşlığın müxtəlif istiqamətləri və ümumi prioritetlər üzərində işləməyə davam edəcəyik".

O həmçinin bildirib ki, Türkiyənin NATO müttəfiqi və Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsinə kömək edib.

Patelin son olaraq əlavə etdi ki : “Ümumiyyətlə, ABŞ seçkilərdə tərəf tutmur. Biz yalnız demokratik prosesə əsaslanan azad və ədalətli seçkilər görməyə ümid edirik”


 

Muminat Şirinova

Infoteka.az