Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 1-4-də Azərbaycanın xarici işlər naziri və Ermənistan xarici işlər naziri arasında Vaşinqtonda keçirilən görüşləri analiz edərək bildirib: “Bildiyiniz kimi, sülh müqaviləsi ilə bağlı təşəbbüsləri Azərbaycan bəyan edib.
Hələ 2021-ci ildə prezident İlham Əliyev bunları ilk dəfə səsləndirib. 2022-ci ilin fevralında Azərbaycan beş əsas prinsip irəli sürüb. Nəhayət, 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlar başladı. ilkin olaraq Azərbaycanın təklif etdiyi genişləndirilmiş əsas prinsiplər ətrafında eyni danışıqlara başlanıldı. Keçən ilin noyabrında Vaşinqtonda görüşlər keçirildi. Üçüncü görüş dekabrda Moskvada keçirilməli idi. Lakin Ermənistan üçüncü görüşdən imtina etdi. Müxtəlif səbəblər göstərərək bunu boykot etdi. Bunlardan biri də Laçın yolu məsələsi idi. Nəticədə 6 aya yaxın heç bir görüş keçirilməyib. ABŞ-ın vasitəçiliyi ilə erməni tərəfi danışıqlar masasına qayıtdı və onlar 4 gün davam etdi.
Təbii ki, tam razılıqdan söhbət gedə bilməz. Tərəflər arasında kifayət qədər fikir ayrılığı var. Ancaq açıq-aydın məqamlarda razılıq var idi.
sözlə, biz irəliyə doğru bir addım atmışıq. Biz prosesə realist olmalıyıq” - deyə nazir qeyd edib.
Muminat Şirinova