Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təbrik ünvanlayıb.
Təbrikdə deyilir: “Mən onun dörddə bir əsr əvvəl dediyi sözləri bilirəm: “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır”.
Əminəm ki, həyatının mənası vətənə xidmət olan belə bir vətənpərvər insan həmişə xatırlanacaqdır.
Mənim möhtərəm Heydər Əliyeviçi - nadir şəxsiyyət, böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu kimi şəxsən tanış olmaq imkanım oldu. Ondan məmnuniyyətlə siyasi müdriklik, özünü idarə etmə, həqiqətən strateji düşüncə tərzini öyrəndim”.
Muminat Şirinova