Infoteka.az
Siyasət

Vladiqafqaz şəhərində Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Heydər Əliyevin anadan olmasının 100 illiyi şərəfinə təntənəli tədbir mərasimi təşkil edilib. 

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycan və digər milli-mədəni ictimai təşkilatların rəhbərləri və 700-dən çox qonaq iştiak edib.

Tədbir iştirakçıları arasında Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov, Vladiqafqaz şəhərinin meri Vyaçeslav Mildzizxov, Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqaz üzrə nümayəndəsi Bağır Məmiyev, Şimali Osetiya-Alaniya milli siyasət və xarici əlaqələr naziri Alan Bağıyev, Şimali Osetiya-Alaniya parlamentinin deputatları Qari Kuçiyev və Georgi Kozayev, Şimali Osetiya-Alaniyanın mədəniyyət naziri Eduard Qalazov, Şimali Osetiya-Alaniya üzrə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin, Gömrük Xidmətinin və Sərhəd Xidmətinin nümayəndə heyəti iştirak ediblər.

2024 -cü ilin 9 mayına kimi Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun təşəbbüsü ilə orada böyük anım heykəli ucaldılacaq.

Şahin Məmmədov tədbirdə Heydər Əliyevin xalqına misilsiz fəaliyyətindən danışıb: “Dahi rəhbər xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, Azərbaycanı dünyanın güclü dövlətinə çevirmək istiqamətində siyasətini ortaya qoydu. Çox sevinirik ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir”- deyə o qeyd edib.

 

Muminat Şirinova

 

 

Infoteka.az