Infoteka.az
Siyasət

Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şəhid ailələrinə mənzillər verileib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Hövsan Yaşayış Kompleksində və Abşeron, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ucar, Yevlax, Yardımlı, Balakən, Qax, Beyləqan, Sabirabad, Saatlı, Şəki, Tərtər rayonlarında 100 mənzil və fərdi ev şəhid ailələrinə və müharibədə iştirakı zamanı əlil olan vətəndaşlara təhvil verilib.

Qeyd etmək lazımdır ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara ötən əsrin 90-cı illərində mənzil və fərdi evlərin təminatı proqramına Heydər Əliyevin tapşırığı ilə başlanıb.

Mayın 10 -da təhvil verilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4760, bu il 260, ümumilikdə ötən dövrdə isə 13560 mənzil və fərdi ev verilib. 

 

 

Muminat Şirinova

 

Infoteka.az