Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ulu öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlibər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ümummilli liderin xatirəsini dərin hörmətlə yad ediblər.
Sonra dövlətimizin başçısı, birinci vitse-prezident və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.