Infoteka.az
Dünya

Polşa Rusiyanın Kalininqrad şəhərinin adını rəsmi olaraq Krulevetsə dəyişib

Qərar coğrafi adların standartlaşdırılması üzrə respublikanın baş geodeziyaçısı yanında komissiya tərəfindən qəbul edilib.
Hal hazırda Kalininqrad adını daşıyan şəhər Polşada Krulevets adı ilə tanınır.

Həmçinin qeyd edilir ki, Polşa sərhədləri yaxınlığında yerləşən şəhərin polyakları qırmağı əmr edən Mixail İvanoviç Kalininin adını daşıması ölkə sakinləri tərəfindən mənfi qəbul edilir.

Bildirilib ki Polşa öz dilində qəbuledilməz adlar işlətməyə məcbur edilə bilməz.

 

 

Muminat Şirinova

 

 

 

Infoteka.az