Infoteka.az
İqtisadiyyat

Dövlət başçımız Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib.

Görüş zamanı SOCAR ilə “Total Energies” arasında illər boyu davam edən uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. “Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsinə də toxunub.
Nikolas Terraz “Total Energies” şirkətininbprezidenti Nikolas Terrazı Azərbaycanla əməkdaşlığı , fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirib.

Söhbət əsnasında ənənəvi neft və qaz sahəsində əməkdaşlıqla yanaşı həmçinin enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

 

Muminat Şirinova

Infoteka.az