Infoteka.az
Siyasət

Ayxan Hacızadə: Azərbaycan və Ermənistan prezidentlərinin görüşün keçirilməsi planlaşdırılır

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin bildirdiyinə görə, 2022- ci Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib.

Dekabrında isə Ermənistan tərəfi Brüsseldə təkrar görüşdən imtina edib, bununla da prosesə maneçilik törədilib.

O bu haqda məlumatda bildirilib ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında keçiriləcək Brüssel görüşünə Azərbaycan tərəfi razılıq verib.

XİN - dən verilən informasiyaya əsasən, "Həmçinin, Kişineuda Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşün keçirilməsi müzakirə olunub.

Azərbaycan tərəfi, Brüssel formatı dəyişdirməmək şərtilə Kişineuda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkünlüyünü bildirib. O cümlədən, görüşün təfərrüatı barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişineu görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil”.

 


Muminat Şirinova

Infoteka.az