“Sabah” - “Beşiktaş” oyununun hakim təyinatları bəlli olub.
Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, matçın baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətlərdə Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov icra edəcək.
“Sabah” - “Beşiktaş” qarşılaşması mayın 13-də, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyundan əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlər üçün göndəriləcək.