Infoteka.az
Mədəniyyət

Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçirilir

Bu haqda Adil Kərimli “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində deyib.

O vurğulayıb ki, Şuşa şəhəri bu il üçün üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən geniş tədbirlər planı hazırlanıb: 

“TÜRKSOY, Azərbaycanın müvafiq nazirlikləri və digər dövlət qurumları, habelə digər əlaqədar təşkilatlarla birgə illik tədbirlərin və bir sıra yeni layihələrin həyata keçirilməsi gündəlikdədir. Bu xüsusda, böyük məmnuniyyət hissi ilə elan etmək istərdim ki, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur”.

 

 

Muminat Şirinova

Infoteka.az