Infoteka.az
İqtisadiyyat

Elçin İbadov: Rəqəmsallaşma “SOCAR Türkiyə” üçün ən vacib hədəfdir

SOCAR-ın məqsədlərinə görə, rəqəmsallaşma biznesi fərqli metodla, müasir texnoloji vasitələrin, hətta dronların köməyi ilə inkişaf etdirməkdir.

“SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov qeyd edib ki, rəqəmsallaşma “SOCAR Türkiyə” üçün ən vacib hədəfdir.

 “SOCAR Türkiyə”nin istehsal müəssisələrində karbon tullantıları sıfıra çatdırılacaq. Ona görə, “SOCAR Türkiyə” bu ölkənin 500 ən böyük şirkəti siyahısında yüksək mükafatlara layiq görülüb. Biz, həmçinin son illərdən etibarən yaşıl maliyyələşməyə yönəlmişik. İstehsal prosesi zamanı karbon tullantılarının minimuma endirilməsi məqsəd qoyulub.

2050-ci ildə “SOCAR Türkiyə”nin istehsal müəssisələrində karbon tullantıları sıfıra çatdırılacaq" - deyə o bildirib .

 


Muminat Şirinova

Infoteka.az