Mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib.
Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, artıq nazirin dörd müavini olacaq.
İndiyə qədər nazirin iki birinci müavini və iki müavini var idi.