Infoteka.az
Texnologiya

"Tesla" Çində 1.1 milyondan çox avtomobili geri çağıracaq

Avtomobil istehsalçısı "Tesla" həm idxal olunan, həm də Çin istehsalı olan 1 104 622 avtomobili Çin bazarından geri çağırmalı olacaq.

ÇXR-in Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının məlumatına əsasən, burada həm idxal olunan "Model S", "Model X", "Model 3" modelləri, həm də Çin istehsalı olan "Model 3" və "Model Y" modelləri daxildir.

Mayın 29-da qüvvəyə minəcək geri çağırılma, avtomobillərdə qüsurların tapılması səbəbindən "Tesla" tərəfindən tətbiq olunur.

Infoteka.az