Türkiyənin Statistika İnstitutu mart ayında Pərakəndə Satış Dövriyyəsinin Həcminə dair statistik göstəriciləri açıqlayıb.
Məlumatlara əsasən, sabit qiymətlərlə pərakəndə satış həcmi mart ayında bir əvvəlki ilin eyni ayı ilə müqaisədə 28.6% artıb. Eyni ayda qida, içki və tütün məmulatlarının satışı 17%, qeyri-ərzaq mallarının satışları (avtomobil yanacağı istisna olmaqla) 38%, avtomobil yanacağı satışı isə 17.8% artıb.
Pərakəndə satış dövriyyəsi 7.3% artıb
Sabit qiymətlərlə pərakəndə satış dövriyyəsi mart ayında əvvəlki ayla müqayisədə 7.3% artıb. Eyni ayda qida, içki və tütün məmulatlarının satışı 0.2% azalarkən, qeyri-ərzaq mallarının satışları (avtomobil yanacağı istisna olmaqla) 12.1%, avtomobil yanacağı satışı isə 3.8% artıb.