2022-ci ildə dünya üzrə 61 milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb.
Beynəlxalq Miqrasiya Təşkilatından (IOM) verilən yazılı açıqlamada Daxili Köçürülmə Monitorinq Mərkəzinin (IDMC) hesabatında 2022-ci ildə ölkədaxili yerdəyişmə rəqəmlərinin müzakirə edildiyi bildirilib.
Bəyanatda bu rəqəmin indiyə qədər bildirilən “ən yüksək daxili yerdəyişmə” olduğu qeyd edilib.
Hesabatda münaqişə və zorakılığın 28,3 milyon insanın didərgin düşməsinə səbəb olduğu və bu rəqəmin 60 faizinin Ukraynadan olduğu bildirilib.
Hər il milyonlarla insanın təbii fəlakətlər səbəbiylə ev-eşiyindən didərgin düşdüyü qeyd edilən hesabatda Pakistandakı daşqınlar və Filippindəki “Noru” tayfunu da daxil olmaqla təbii fəlakətlərin 32,6 milyon insanın ölkə daxilində köçməsinə səbəb olduğu vurğulanıb.
Təbii fəlakətlərin iqlim dəyişikliyi kontekstində daha tez-tez baş verdiyini və onların müddəti və intensivliyi artdıqca bu rəqəmlərin artacağının gözlənildiyi bildirilən hesabatda Dünya Bankı 2050-ci ilə qədər razılaşdırılmış tədbirlər planı hazırlanmadığı təqdirdə 216 milyon insanın “məcburi köçkün iqlim miqrantı” olacağını təxmin etdiyini də qeyd edib.
Hesabatda həmçinin ərzaq təhlükəsizliyi daxili yerdəyişmə üçün həll yollarına potensial maneə kimi vurğulanıb.