Infoteka.az
İqtisadiyyat

2023-cü ildə Azərbaycanda iqtisadi artım zəifləyib

Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı ilə bağlı rəqəmləri açıqlayıb.

Yanvar-aprel aylarında ölkədə 39 milyard 986,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, iqtisadi artım 0,1 faiz təşkil edib.

Bu dövrdə neft-qaz sektorunda 2,9 faiz azalma, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artım baş verib.

DSK-nin açıqladığı rəqəmlər ölkədə iqtisadi artım sürətinin zəiflədiyini göstərir.

Belə ki, 2022-ci ildə ölkədə 4,6%-lik iqtisadi artım qeydə alınıb. Neft sektorunda 2,7 faiz azalma, qeyri-neft sektorunda isə 9,1 faiz artım baş vermişdi.

2023-cü ildə artım sürəti zəifləməyə başlayıb.

Yanvar ayında ölkədə iqtisadi artım deyil, 1,5% azalma müşahidə edilib. Neft sektorunda 4,6% azalma, qeyri-neft sektorunda isə 1,7% artım baş verib.

Yanvar-fevral aylarında 0,4% iqtisadi artım qeydə alınıb. Neft-qaz sektorunda 3,6 faiz artım, qeyri neft-qaz sektorunda isə 4,6 faiz azalma olub.

Yanvar-mart aylarında iqtisadi artım sürəti dəyişməyib – 0,4 faiz. Bu dövrdə neft-qaz sektorunda 3,9 faiz azalma, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artım olub.

Yanvar-aprel aylarında isə yuxarıda qeyd edildiyi kimi, iqtisadi artım 0,1% olub, neft-qaz sektorunda 2,9 faiz azalma, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artım baş verib.

Infoteka.az