Infoteka.az
Dünya

Ərdoğan Türkiyədə prezident seçkilərində liderdir - YENİLƏNİR

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 95,09 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz səslə öndədir.

İkinci yerdə 44,76 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,28 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 96,31 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 35,58 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 25,08 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,23 faiz, İYİ Partiya 9,90 faiz, Yaşıl Sol Partiya 8,73 faiz səs toplayıb.

21:31

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 41,79 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,69 faiz səslə öndədir.

İkinci yerdə 41,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,37 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 16,76 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 41,64 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 18,90 faiz, Milliyyətçi Hərəkat Partiyası 13,34 faiz, İYİ Partiya 8,86 faiz, Yaşıl Sol Partiya 8,09 faiz səs toplayıb.

Infoteka.az