Infoteka.az
Dünya

Rusiya aviaşirkətləri müntəzəm uçuşların başlanması üçün Gürcüstan hakimiyyətinə müraciət edib

Bir sıra hava yolu şirkətləri Gürcüstan və Rusiya arasında müntəzəm birbaşa uçuşlar həyata keçirmək məqsədilə Gürcüstanın Mülki Aviasiya Agentliyinə (MAA) müraciət edib.

Məlumatı MAA yayıb. Qurumun məlumatına görə, hər bir müraciətlə bağlı qərar hava yolu şirkətinin və onun təyyarələrinin beynəlxalq sanksiyalarla bağlı statusu detallı araşdırıldıqdan sonra qəbul ediləcək:

"Gürcüstanın qətiyyətli mövqeyi bundan ibarətdir ki, Gürcüstanla Rusiya Federasiyası arasında uçuşlar yalnız sanksiyaya məruz qalmayan hava yolu şirkətləri və təyyarələr vasitəsilə həyata keçirilə bilər",- məlumatda bildirilib.

Qeyd edilib ki, MAA hazırda Rusiya Federasiyası ilə birbaşa aviareyslər həyata keçirən, lakin eyni zamanda sanksiyalara riayət edən ölkələrin təcrübəsinin öyrənir və məsləhətləşmələr edir.

Infoteka.az