"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin poliqrafiya bölməsinin rəisi İlqar Təmayev vəfat edib.
İnfoteka.az report-a istinadən xəbər verir ki, İ.Təmayev 53 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
Qurumun mətbuat xidmətindən "Report"a fakt təsdiq edilib.
Onun metropolitendə 20 ilə yaxın təcrübəsinin olduğu bildirilir.
Allah rəhmət eləsin!