Bu ilin yanvar-aprel aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 625 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % çoxdur.
4 aylıq daxilolmaların 1 037,7 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,8 % çoxdur.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 56,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 % artaraq 41,8 milyon manata çatıb.
4 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 17,6 % artaraq 291,5 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,1 % artaraq 204,3 milyon manat olub.