Futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunun matçında “Arsenal” doğma meydanda “Liverpul”a 3:2 hesabı ilə qalib gəlib.
İnfoteka.az-ın məlumatına görə, görüş Londondakı “Emirates” stadionunda keçirilib.
Qalib komandanın heyətində qolları Qabriel Martinelli (1-ci dəqiqə) və Bukayo Saka (45+5, 76 - penaltidən) vurublar. “Liverpul” Darvin Nunes (34) və Roberto Firmino (53) qollarını vurub.
“Arsenal” qələbə sayəsində İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Mikel Artetanın yetirmələri 9 matçda 24 xal toplayıb. “Liverpul” 8 oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb.
Günün digər qarşılaşmalarında “Kristal Pelas” evdə “Lids”ə 2:1, “Vest Hem” öz meydanında “Fulhem”ə 3:1 hesabı ilə qalib gəlib.