Bakıda və Abşeron yarımadasında mayın 17-də gündüz şimal-qərb küləyinin qısa müddətə arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "infoteka.az"-a verilən xəbərə görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Mayın 17-də gündüzdən 18-də səhərədək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqınların baş verməsi ehtimal olunur.