Infoteka.az
Dünya

Ərdoğan: “Taxıl sazişi uzadıldı”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərdoğan Ədalət və İnkişaf Partiyası rayon təşkilatları sədrləri, bələdiyyə başçıları, deputatları və deputatlığa namizədlərinin toplantısına qatılıb.

Dövlət başçısı taxıl müqaviləsinin 60 gün uzadıldığını açıqlayıb.

Ərdoğan bununla bağlı Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Volodimir Zelenski və BMT baş katibi Antoniu Quterreşə təşəkkür edib.

Türkiyə Prezidenti bəyan edib ki, taxıl razılaşmasının uzadılması Rusiya və Ukraynanın konstruktiv yanaşmaları sayəsində mümkün olub. O, qeyd edib ki, Türkiyə Rusiya Federasiyasından öz gəmilərinin Nikolaev və Olvia limanlarından maneəsiz çıxışı üçün zəmanət alıb.

Infoteka.az