Infoteka.az
Dünya

Lukaşenko: Ukraynanın əks-hücumla bağlı bəyanatları dezinformasiyadır

Ukrayna Silahlı Qüvvələrinin əks-hücuma keçməsi barədə yayılan bəyanatlar dezinformasiyadır.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən düşünürəm ki, əks-hücum yoxdur və ola da bilməz. Bu, sadəcə ağılsızlıq olar”, - Belarus lideri bildirib.

O, cəbhədə texnika və canlı qüvvə baxımından birin beşə nisbətində qüvvə ilə döyüşməyin sadəcə dəlilik olduğunu deyib.

"Hazırda cəbhədə baş verənlərin mahiyyəti ondan ibarətdir ki, hərbi gərginlik daha da artsın, ukraynalılar qarşıdurmanı davam etdirsin və bizi bu qarşıdurmada batıra bilsinlər. Biz bütün bunları görürük, çünki hadisələr “hasarın o biri tərəfində” baş verir”, - Lukaşenko əlavə edib.

Infoteka.az