Infoteka.az
İqtisadiyyat

Azərbaycanda bu il benzin və dizel istehsalı kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 443,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5%, neft koksunun istehsalı 45,8%, avtomobil benzininin istehsalı 31,1%, qazoylların (dizel yanacağının) istehsalı 26,1% artıb.

Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 43,2%, mazut istehsalı isə 91,5% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2023-cü ilin yanvar-aprel aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

471,7

131,1

33,7

Ağ neft, min ton

179,5

107,3

28,3

Qazoyllar (dizel yanacağı), min ton

751,5

126,1

107,8

Mazut, min ton

3,1

8,5

1,7

Sürtkü yağları, min ton

21,1

146,5

7,3

Maye qazlar, min ton

91,7

124,1

1,6

Neft koksu, bitumu və məhsullarının digər qrupları, min ton

365,2

89,6

45,6

ondan:

 

 

 

neft bitumu, min ton

55,4

56,8

9,7

neft koksu, min ton

84,3

145,8

35,4

Infoteka.az