Infoteka.az
Mədəniyyət

Conni Depp Hollivuddan imtina etdi

Amerikalı aktyor Conni Depp Hollivudda film çəkməyə marağını itirdiyini etiraf edib.

Depp, “Mən artıq Hollivuda o qədər də ehtiyac hiss etmirəm”, deyib.

Bundan əlavə, sənətçi qeyd edib ki, keçmiş həyat yoldaşı Ember Herdlə keçirilən səs-küylü məhkəmə prosesindən sonra boykot hiss etmir.

Eyni zamanda, o, Hollivud prodüserlərinin ona yeni filmlərdə rol təklif etmə ehtimalının azaldığını bildirib.

Infoteka.az