Bakıda küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.
Paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.
Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.
Belə ki, ümumilikdə 8 Vətən müharibəsi şəhidlərinin adları Bakı şəhəri, Sabunçu, Səbail və Xətai rayonları üzrə müfaiq küçələrə verilib.
Qərarə əsasən, adlar Sabunçu, Səbail və Xətai rayonları üzrə aşağıdakı kimi dəyişdirilib:
Rayon |
Küçənin köhnə adı |
Küçənin yeni adı |
Sabunçu |
Maştağa qəsəbəsi, Burla Xatun küçəsi |
Yalçın Rəhimov küçəsi |
Səbail |
Buxta küçəsi |
Nicat Şükürlü küçəsi |
Səbail |
Badamdar qəsəbəsi, Qədim Qala küçəsi |
Yusif Budaqov küçəsi |
Səbail |
Badamdar qəsəbəsi, Neftçilər küçəsi |
Cavidan İbrahimli küçəsi |
Səbail |
Badamdar qəsəbəsi, Məktəbli küçəsi |
Cəmil Məmmədli küçəsi |
Səbail |
Badamdar qəsəbəsi, Yanardağ küçəsi |
Bakir Quliyev küçəsi |
Xətai |
3-cü Liman küçəsi |
Rəcəb Yolçu oğlu küçəsi |
Xətai |
Sülh küçəsi |
Kəmaləddin Məmmədzadə küçəsi |
Xətai |
Abidə küçəsi |
Səbuhi Əhmədov küçəsi |
Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə küçələrə adların verilməsi üzrə sxemlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunub.