Infoteka.az
Dünya

Rusiyanın itkilərinin çox olmasının səbəbi açıqlanıb

Rusiyanın itkilərinin sayının çoxluğunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov tibbi yardım xidmətinin zəif olması ilə əlaqələndirib.

 UNIAN-nın verdiyi xəbərə əsasən , o, bir çox hallarda yaralılar döyüş meydanında qalır, onlara tibbi yardım göstərilmir: “Bunlar Rusiya ordusunun reallıqlarıdır. Rusiya ordusunun hərbçiləri döyüşməkdən imtina edir və ya həvəssiz döyüşürlər”.

Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi qruplaşması arasında əlaqə çox zəifdir: “Onlar Baxmutdakı itkilərə görə bir-birilərini günahlandırırlar”.

Infoteka.az