Infoteka.az
İqtisadiyyat

"2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub

Milli Məclisə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi daxil olub.

Layihənin gələn həftə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılması gözlənilir.

“Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət büdcəsinin icrası haqqında illik hesabat və müvafiq qanun layihəsi mayın 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmək üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.

Hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatları da əks etdirir.

Infoteka.az