Kiyev Şəhər Şurası 26 obyektin, o cümlədən üç metro stansiyasının adını dəyişib.
Bu barədə Kiyev Şəhər Şurası məlumat yayıb.
"Paytaxtda adları Rusiya və onun müttəfiqləri ilə əlaqəli olan daha 26 şəhər obyektinin adı dəyişdirilib", - məlumatda deyilir. Metronun “Xalqlar Dostluğu” stansiyasına “Zverinetskaya” adı verilib. “Prospekt Pravdı” stansiyası “Varşavskaya”, “Lev Tolstoy meydanı” isə “Ukrayna Qəhrəmanları Meydanı”na çevriləcək.
Dəyişikliklər küçələrin adlarına da şamil edilib. Belə ki, rəssam İsaak Levitanın adını daşıyan zolaq rəssam Nikolay Buraçekin, bakılı kəşfiyyatçı Rixard Zorgenin adına olan küçə isə yaponşünas alim Vasili Yaroşenkonun adını daşıyacaq.