Infoteka.az
Dünya

Nigeriyanın ABŞ konsulluğunun konvoyuna hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Nigeriyanın cənub-şərqində naməlum şəxslərdən ibarət silahlı qrupun ABŞ konsulluğu və polis əməkdaşlarının olduğu avtomobil karvanına hücumu zamanı ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə Anambra əyalətinin polis rəisi məlumat verib.

"ABŞ konsulluğunun üç əməkdaşı və dörd polis əməkdaşı öldürülüb. Daha iki nəfər qaçırılıb, onlar üçün axtarış aparılır" – polis rəisi bildirib. Rəsmi şəxslər daha əvvəl dörd nəfərin öldüyünü elan etmişdi.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, karvanda ABŞ vətəndaşı olmayıb. Maşınlarda doqquz nəfər olub.

Polis rəisi bildirib ki, konvoy mayın 16-da günün ortasında Anambra əyalətinin Oqbaru rayonunda pusquya düşüb. Hücum edənlər ona atəş açıb, daha sonra bütün avtomobilləri yandırıblar.

Infoteka.az