Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirin “Twitter” həsabında verdiyi məlumata görə, yerli müdafiə müəssisələrinin imkanları hesabına modernləşdirilmiş ilk F-16 qırıcıları Türkiyə Hərbi Hava Qüvvələri komandanlığına təhvil verilib.
Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin təşəbbüsü ilə F-16 qırıcılarının modernləşdirilməsi üzrə yerli layihə həyata keçirilib və “Özgür” adlandırılıb.
Layihədə təyyarənin radarları, idarəetmə sistemləri və aviaelektronikası dəyişdirilib, bu da F-16 “Block 30”un istismar müddətini 8000 saatdan 12000 saata çatmağa şərait yaradır.
F-16 “Block 40” və “Block 50” versiyaları üçün də nəzərdə tutulmuşdur. Təyyarənin 2040-cı ilə qədər istifadə olunacğı gözlənilir.
Yerli rabitə sistemləri sayəsində F-16 pilotları PUA-larla, həmçinin digər təyyarələr və dəniz platformaları ilə əlaqə saxlaya biləcəklər.